2020-ci ildə Gürcüstan Azərbaycandan 36 397.26 min ABŞ dolları
dəyərində elektrik enerjisi idxal edib.
Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara
əsasən təqdim etdiyi hesabatında bildirilib. Qeyd olunub ki, bu
göstərici 2019-cu illə müqayisədə 19 131.97 min ABŞ dolları və ya
34.5% azdır. Belə ki, 2019-cu ildə Gürcüstanın Azərbaycandan idxal
etdiyi elektrik enerjisinin dəyəri 55 529.23 min dollar təşkil
edib.
Qeyd edək ki, Gürcüstanın Elektrik Enerjisi Sisteminin Kommersiya
Operatorunun (ESCO) hesabatına əsasən 2020-ci ildə Azərbaycandan
726,3 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edilib.
Bu əvvəlki illə müqayisədə 34% azdır. Ötən il Gürcüstanın idxal
etdiyi elektrik enerjisinin 45,1%-ni Azərbaycan tədarük edib.
Mənbə: apa.az