Bakıya qar yağıb.
“Report” xəbər verir ki, gecədən başlayan qarın yağması hələ də
davam edir.
Son illərdə ilk dəfədir ki, paytaxta bu qədər çox qar yağır.
Paytaxtda müşahidə edilən qarlı hava şəraiti ilə əlaqədar
H.Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava
limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq
endirilib.
Azərbaycanın bəzi bölgələrində qarın hündürlüyü 45 sm-i keçib.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata
görə, yanvarın 21-də Bakıda və Abşeron yarımadasında havanın arabir
yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, qar yağacaq, axşama doğru
tədricən kəsiləcək.
Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında
mülayimləşəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 0
dərəcəyə yaxın, gündüz 1-3, Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz
1-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm
civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət
80-90 faiz olacaq.
Bu gün, yanvarın 21-də Azərbaycanın rayonlarında arabir yağıntılı
olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz əsasən yağmursuz
keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi
bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5
dərəcə şaxta, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə
şaxta, bəzi yerlərdə 20 dərəcəyədək şaxta, gündüz 3-7 dərəcə şaxta
olacaq. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı
ehtimalı var.
Mənbə: report.az