Kirəç Muğanlıda qəzalı vəziyyətdə olan elektrik dirəyini “Energo-pro-Gerogia” təmir etməlidir
Marneuli bələdiyyəsinin Kirəç Muğanlı kəndində elektrik dirəklərindən biri qəzalı vəziyyətdədir.

Kirəç Muğanlı sakinləri “Marneuli” radiosu ilə söhbətləri zamanı bildirdilər ki, dirək kəndin girişindən 450 metr məsafədə yerləşir və artıq bir ildir ki, qəzalı vəziyyətdədir. Ancaq dirəyin təmiri üçün indiyə qədər kəndə heç kim gəlməyib. Dirək kənddə baş vermiş avtomobil qəzası nəticəsində sıradan çıxıb.
Qəzalı vəziyyətdə olan dirək yolda hərəkət edən avtomobillərə, vətəndaşlara və yaxınlıqda yerləşən təbii qaz borularına təhlükə yaradır.

Marneuli meriyasından “Marneuli” radiosuna bildirdilər ki, həmin dirək “Energo-Pro-Georgia”-nın balansındadır və buna görə də təmir etmək bələdiyyənin öhdəliyi deyil.

“Energo-Pro-Gerogia” Kirəç Muğanlıda qəzalı vəziyyətdəki dirək barədə “Marneuli” radiosunun müraciətindən sonra məlumat aldı. Şirkətin qaynar xəttindən bildirdilər ki, həmin dirəklə bağlı xəbərdarlıq artıq qeydə alınıb və müvafiq xidmətlər yaxın gələcəkdə reaksiya göstərəcklər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google