Gürcüstan Azərbaycandan neft məhsullarının tədarükünü artırıb
2020-ci ildə Gürcüstan Azərbaycandan ümumi dəyəri 242,3 milyon ABŞ dolları olan 1 543,2 milyon kubmetr həcmində təbii qaz idxal edib.

Bu barədə Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, həcmdə illik müqayisədə 11,5% azalma qeydə alınıb.

Ötən il Gürcüstan Azərbaycandan 67,9 milyon ABŞ dolları dəyərində 216 min ton neft və neft yağları da tədarük edib ki, bu da 2019-cu ilin eyni göstəricisindən 45 min ton və yaxud 26,3% çoxdur.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google