Gürcüstanın ədviyyat ixracatında artım qeydə alınıb – 2020-ci ildə ən çox məhsul satdığımız 5 ölkə
2020-ci ildə Gürcüstandan dəfnə də daxil olmaqla ədviyyat ixracatı artıb. Ölkədən ümumilikdə 11,034 milyon dollar dəyərində zəncəfil, zəfəran, kəklikotu, dəfnə yarpağı və digər ədviyyatlar ixrac edilib. 2019-cu ildə ədviyyat ixracatının dəyəri 10,670 milyon dollar təşkil edib.

"BusinessPressNews" Gürcüstan Statistika Xidmətinin rəsmi məlumatları əsasında 2020-ci ildə ən çox ədviyyat ixrac edilən ölkələri təqdim edib:
  • Rusiya – 4,159 milyon dollar
  • Çin – 3,582 milyon dollar
  • Qazaxıstan – 327,7 min dolları
  • Filippin – 187,5 min dollar
  • Ermənistan – 173 min dollar.
Məlumat üçün bildirək ki, Gürcüstandan ədviyyat ixracatı hər il artır. 2016-cı ildə ölkədən 7,650 milyon dollar, 2017-ci ildə 7,921 milyon dollar, 2018-ci ildə 8,567 milyon dollar, 2019-cu ildə 10,670 milyon dollar və 2020-ci ildə 11,034 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub.

Mənbə: BPN
Print ელ. ფოსტა
FaceBook Twitter Google