Gələn həftə iqtisadiyyat naziri tur operatorları və turizm
şirkətləri ilə görüşəcək.
Nazir, sektoru məlumatlandırmaq və qaydaları özəl sektorla müzakirə
etmək üçün görüş təşkil edəcək.
"Bütün qaydalara riayət edərək yaz mövsümü ərzində daha
çox turist qəbul edə biləcəyimizi düşünürük. Böyük ehtimalla, gələn
həftə yeni mühitin istifadəsinə necə hazırlanacağımızı birlikdə
müzakirə etmək üçün şirkətlərlə görüşəcəyik", – deyə
o, bildirib.
Məlumat üçün bildirək ki, hökumətin qərarına əsasən xizək
mərkəzlərinə qoyulan məhdudiyyətlər qüvvədə qalır. Özəl sektorun
nümayəndələri 22.01.2021-ci il tarixində qəbul edilən nöqtəvi
məhdudiyyətlərlə bağlı qərarla razılaşmırlar və turizm sektoru açıq
məktub və tövsiyələrlə Gürcüstan hökumətinə müraciət edib.
Ərizəni Mehmanxana və Restoranlar Federasiyası; Gürcüstan
Turoperatorları Birliyi; Gürcüstan Xarici Turizm Dərnəyi; Nəqliyyat
şirkətləri və tur operatorları imzalayıblar. Tövsiyələrin son
variantı bu gün hökumətə göndəriləcək.
Bəyanatda özəl sektorun 2021-ci ildə sürətli və təhlükəsiz yollarla
necə bərpa ediləcəyi ilə bağlı özəl sektorun təklifləri təqdim
olunub. Hər addımın çoxdan düşünüldüyü və daha təcrübəli ölkələrdən
nümunə götürüldüyü qeyd olunub.
Turizm sektorunun tövsiyələri
bunlardır:
1. Fevralın 1-dən qış istirahət mərkəzləri açılsın;
2. Sərhədlər açılsın;
3. Təcili olaraq xarici qonaqlar üçün kovid-sığorta proqramı
hazırlansın;
4. Müntəzəm uçuşlar bərpa edildikdən sonra, bütün qaydalara və
məhdudiyyətlərə sərt riayət etməklə restoranlar, muzeylər və digər
əlamətdar yerlər açılsın;
5. Yaxın gələcəkdə 2021-ci il turizm strategiyasını sürətli,
düzgün, təhlükəsiz və biznes maraqlarını nəzərə alaraq inkişaf
etdirmək üçün özəl sektorun iştirakı ilə bir işçi qrupu
yaradılsın.
Mənbə: report.ge