İqtisadiyyat naziri bu həftə turizm industriyası ilə görüşəcək
Gələn həftə iqtisadiyyat naziri tur operatorları və turizm şirkətləri ilə görüşəcək.

Nazir, sektoru məlumatlandırmaq və qaydaları özəl sektorla müzakirə etmək üçün görüş təşkil edəcək.

"Bütün qaydalara riayət edərək yaz mövsümü ərzində daha çox turist qəbul edə biləcəyimizi düşünürük. Böyük ehtimalla, gələn həftə yeni mühitin istifadəsinə necə hazırlanacağımızı birlikdə müzakirə etmək üçün şirkətlərlə görüşəcəyik", – deyə o, bildirib.

Məlumat üçün bildirək ki, hökumətin qərarına əsasən xizək mərkəzlərinə qoyulan məhdudiyyətlər qüvvədə qalır. Özəl sektorun nümayəndələri 22.01.2021-ci il tarixində qəbul edilən nöqtəvi məhdudiyyətlərlə bağlı qərarla razılaşmırlar və turizm sektoru açıq məktub və tövsiyələrlə Gürcüstan hökumətinə müraciət edib.

Ərizəni Mehmanxana və Restoranlar Federasiyası; Gürcüstan Turoperatorları Birliyi; Gürcüstan Xarici Turizm Dərnəyi; Nəqliyyat şirkətləri və tur operatorları imzalayıblar. Tövsiyələrin son variantı bu gün hökumətə göndəriləcək.

Bəyanatda özəl sektorun 2021-ci ildə sürətli və təhlükəsiz yollarla necə bərpa ediləcəyi ilə bağlı özəl sektorun təklifləri təqdim olunub. Hər addımın çoxdan düşünüldüyü və daha təcrübəli ölkələrdən nümunə götürüldüyü qeyd olunub.

Turizm sektorunun tövsiyələri bunlardır:

1. Fevralın 1-dən qış istirahət mərkəzləri açılsın;

2. Sərhədlər açılsın;

3. Təcili olaraq xarici qonaqlar üçün kovid-sığorta proqramı hazırlansın;

4. Müntəzəm uçuşlar bərpa edildikdən sonra, bütün qaydalara və məhdudiyyətlərə sərt riayət etməklə restoranlar, muzeylər və digər əlamətdar yerlər açılsın;

5. Yaxın gələcəkdə 2021-ci il turizm strategiyasını sürətli, düzgün, təhlükəsiz və biznes maraqlarını nəzərə alaraq inkişaf etdirmək üçün özəl sektorun iştirakı ilə bir işçi qrupu yaradılsın.

Mənbə: report.ge
Print