Fevralın 4-dən etibarən Gürcüstan və Türkiyə arasında
Tbilisi-İstanbul-Tbilisi istiqaməti üzrə müntəzəm aviareyslərin
həyata keçirilməsinə başlanılacaq.
Bu barədə Tbilisi beynəlxalq hava limanından bildirilib.
Məlumata əsasən, reysləri “Pegasus Airlines” aviaşirkəti həftədə 5
dəfə yerinə yetirəcək. Mart ayından isə uçuşların gündəlik həyata
keçirilməsi planlaşdırılır.
Qeyd olunan tarixdən başlayaraq Ukraynanın “SkyUp Airlines” şirkəti
də həftədə iki dəfə Kiyev-Tbilisi-Kiyev istiqaməti üzrə
aviareyslərə start verəcək.
Mənbə: report.az