"Dünyada qaynar qlobal münaqişələrə yol vermək olmaz,
əks halda bu, sivilizasiyanın sonuna səbəb ola
bilər".
“RİA Novosti” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin
Davos forumunda onlayn çıxışı zamanı bildirib.
“Ziddiyyətlərin gələcəkdə artacağına dair risklərin olduğunu
ehtimal etməyə hər cür əsas var. Belə tendensiyalar praktik olaraq
bütün sahələrdə özünü göstərə bilər”, - o deyib.
V.Putin vurğulayıb ki, dünyanın müsbət istiqamətdə inkişaf etməsi
və qaranlıq deqradasiya mənzərəsindən qaçmaq ümumi vəzifədir.
Mənbə: report.az