Azərbaycandakı “McDonalds”lar üçün çörək Gürcüstandan gətiriləcək
Tbilisidə ABŞ-ın “McDonalds” şirkəti üçün yeni müasir çörək məmulatları zavodu inşa olunacaq.

Bu barədə “McDonalds Gürcüstan” şirkətinin təsisçisi, biznesmen Temur Çkoniya “Formula” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, müəssisə gələn ayın sonunda və ya martın əvvəlində açılacaq: “Dünyada “McDonalds”a məxsus dördüncü olacaq zavoda təqribən 6 milyon avro investisiya qoyulacaq”.

İş adamı istehsal olunacaq məhsulun ixraca yönəldiləcəyini qeyd edib: “Məhsul ilk növbədə “McDonalds”ın 22 restoranının olduğu Azərbaycana ixrac olunacaq. Məmulatların Rusiyanın cənub hissəsinə də çatdırılması mümkündür”.

Mənbə: report.az
Print