Gürcüstan Türkiyə və Ukrayna ilə müntəzəm aviareysləri bərpa edir
Fevralın 4-dən etibarən Gürcüstan və Türkiyə arasında Tbilisi-İstanbul-Tbilisi istiqaməti üzrə müntəzəm aviareyslərin həyata keçirilməsinə başlanılacaq.

Bu barədə Tbilisi beynəlxalq hava limanından bildirilib.

Məlumata əsasən, reysləri “Pegasus Airlines” aviaşirkəti həftədə 5 dəfə yerinə yetirəcək. Mart ayından isə uçuşların gündəlik həyata keçirilməsi planlaşdırılır.

Qeyd olunan tarixdən başlayaraq Ukraynanın “SkyUp Airlines” şirkəti də həftədə iki dəfə Kiyev-Tbilisi-Kiyev istiqaməti üzrə aviareyslərə start verəcək.
Print ელ. ფოსტა
FaceBook Twitter Google