“Gürcüstan, Azərbaycan və Ermənistanın Qafqazda
gələcəyi bu bölgəni əlaqələndirmə, sabitlik və tərəqqi regionuna
çevirməkdən ibarətdir”.
Bunu Gürcüstan prezidenti Salome Zurabişvili “Brussels Morning”
nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu, üç ölkənin əsas ümumi marağıdır.
Azərbaycan və Ermənistan arasında ötənilki müharibəyə münasibət
bildirən S.Zurabişvili münaqişə zamanı Gürcüstanın neytral
qaldığını, daimi olaraq sülh və əməkdaşlığa çağırış etdiyini
bildirib:
“Müharibə əsrlər boyu mövcud olan həqiqəti təsdiqlədi.
Gürcüstanın Ermənistanla uzunmüddətli mədəni, dini və mehriban
qonşuluq əlaqələri var, Azərbaycanla intensiv iqtisadi tərəfdaşlıq
edir. Bu halda məhz Gürcüstan üçün bölgədə sülh və sabitliyin
təminatı üçün rol oynamaq daha uyğun oldu”.
Dövlət başçısı qeyd edib ki, bütün region üçün faciə olan müharibə
zamanı Gürcüstan iki yaxın qonşu ölkə ilə əlaqələrini davamlı
olaraq dərinləşdirib.
Mənbə: report.az