Ötən il xarici ölkə vətəndaşlarının və qeyri-rezident şirkətlərinin
Gürcüstan banklarında saxladığı depozitin həcmi illik müqayisədə
15% artaraq 5,1 mlrd. lariyə (1,6 mlrd. ABŞ dolları) çatıb.
Bu barədə Gürcüstan Milli Bankının hesabatında deyilir.
Bildirilir ki, bu vəsait ölkənin bank sistemi depozitlərinin
14,8%-ni təşkil edib.
Hesabatda qeyd olunub ki, xarici vətəndaşlar və qeyri-rezident
şirkətlər Gürcüstan banklarındakı depozitlərini əsasən xarici
valyutada saxlayırlar. Belə ki, saxlanılan vəsaitin 4,6 mlrd.
larisi (1,4 mlrd. dollar) və ya 90,2%-i xarici valyutadadır.
Ümumilikdə, Gürcüstanın bank sektorunda 34,6 mlrdş lari (10,5 mlrd.
dollar) həcmində depozit yerləşdirilib.
Mənbə: apa.az