Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq
Mərkəzi fəaliyyətə başlayır.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Dağlıq Qarabağ zonasındakı atəşkəsə və bütün hərbi
əməliyyatlara nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq
Mərkəzinin tərkibində fəaliyyət göstərəcək Rusiya hərbçiləri
atəşkəs rejiminə nəzarəti birgə şəkildə yerinə yetirmək üçün təlim
keçir və Azərbaycana getməyə hazırlaşırlar.
Təlim zamanı hərbi qulluqçular Birgə Mərkəzin quruluşunu,
məqsədini, vəzifələrini və funksiyalarını, işinin təşkili
qaydasını, habelə ərazilərində tapşırıqların yerinə yetirilməli
olduğu ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini
öyrənirlər. Rusiya və Türkiyənin bərabər əsasda təmsil olunduğu
Birgə Monitorinq Mərkəzinin heyəti vəziyyətin monitorinqi, həmçinin
atəşkəsə PUA vasitəsilə nəzarəti yerinə yetirəcək”, -
nazirlikdən bildirilib.
Mənbə: report.az