Gürcüstanın dövlət şirkətlərində islahatlara başlanılır
“Qlobal iqtisadi böhran şəraitində Gürcüstanın dövlət müəssisələrində təcili olaraq islahatlar həyata keçirilməlidir”.

Bunu ölkənin Baş naziri Qiorqi Qaxariya hökumətin iclasında deyib.

Onun sözlərinə görə, dövlət şirkətlərinin idarəetmə sisteminin yenidən qurulması üçün maliyyə naziri İvane Maçavarianinin başçılıq edəcəyi xüsusi işçi qrupu yaradılacaq.

Q.Qaxariya bildirib ki, islahatların əsas məqsədi dövlət müəssisələrində korporativ idarəetmə ilə bağlı ən yaxşı təcrübələrin tətbiq olunmasıdır: “Biz bu addımı Dövlət Elektroenergetika Sistemindən başlayırıq. Kommersiya təşkilatının müşahidə şurasının tərkibi ilə bağlı müzakirələr aparılacaq”.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google