Telavidə avtomobil qəzasında bir azyaşlı həyatını itirib
Telavi Bələdiyyəsinin Şilda kəndində baş verən avtomobil qəzasında bir piyada həyatını itirib.

Avtomobil qəzası gecə saatlarında baş verib. Yetkinlik yaşına çatmayan şəxs yük maşını tərəfindən vurulub və aldığı xəsarət nəticəsində yerindəcə keçinib.

Yük maşınının sürücüsü artıq həbs olunub.

Daxili İşlər Nazirliyindən Report.ge-yə verilən məlumata əsasən, faktla bağlı, Gürcüstan Cinayət Məcəlləsinin insan tələfatı ilə nəticələnən nəqliyyat vasitəsinin hərəkəti və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutan 276-cı maddəsinin 6-cı hissəsinə əsasən istintaq başladılıb.

Mənbə: report.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google