Kutaisidə etiraz mitinqi keçirilib
Kutaisidə, Çavçavadze prospektində etiraz mitinqi davam edir. Etirazçılar ictimai nəqliyyatın bərpasını, bazarların açılmasını və əhalinin peyvənd olunmasını tələb edirlər.

Mitinqə toplaşan vətəndaşların fikrincə, ictimai nəqliyyatın dayandırılması bələdiyyədə böyük problemlər yaradıb, bağlanılan bazarlarda və ticarət mərkəzlərində isə minlərlə insan çalışırdı ki, onlar indi hökumət tərəfindən aclığa məhkum ediliblər.

Onların sözlərinə görə, ictimai nəqliyyatın bərpası ən qısa zamanda həyata keçirilməlidir, çünki bunsuz bazarların və ticarət mərkəzlərinin açılması mənasızdır.
Mənbə: report.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google