Tədris prosesinin və ictimai nəqliyyatın erkən bərpa edilməsi ilə bağlı müzakirə aparırıq – Qaxaria
Baş-nazir Qiorqi Qaxarianın sözlərinə görə 28 yanvar tarixinə olan məlumata görə koronavirusla bağlı müsbət halların göstəricisi 4%-ə yaxındır və əgər bu göstərici bir həftə ərzində olduğu kimi qalarsa, hökumət “ehtiyatla, ancaq düşünülmüş şəkildə” iqtisadiyyatı aça və məhdudiyyətləri anons edildiyindən daha tez götürə bilər. Qaxaria bu barədə hökumət iclası başlayana qədər bildirib.

“Bu günə olan məlumata görə demək olar ki, dünən götürülmüş 18 min testdən yalnız 723-ü müsbətdir. Əlbəttə, bu bizim üçün böyük rəqəmdir. Ancaq artıq 4%-ə yaxındır. Xüsusilə qeyd etmək istəyirəm ki, müsbət göstəricilər 4% olan zaman, daha da ehtiyatla ancaq düşünülmüş şəkildə iqtisadiyyatı aça bilərik və görünür bugünkü göstəricilər bizə ehtiyatlı optimizm imkanı yaradır. Ona görə biz bu gün müzakirəyə başlamalıyıq. Əgər bu tendensiya yaxın bir həftə ərzində olduğu kimi qalarsa, yayda etdiyimiz kimi, mərhələli açılışlara bir az tez başlaya bilərik”, – Qaxaria bildirib.

Onun sözlərinə görə hökumət Tbilisi, Kutaisi və Rustavidə təhsil müəssisələri və bələdiyyə nəqliyyatının bərpası barədə mərhələli müzakirə aparacaq.

“İlk növbədə bu məhdudiyyətlərin götürülməsi təhsil müəssisələrinə aiddir. Uşaqlara sinif otağında tədris prosesinə başlamaq imkanı verək. Əlbəttə, bununla yanaşı bələdiyyə nəqliyyatının bərpası məsələsi də var. Bu barədə mərhələli şəkildə müzakirə aparmalıyıq ki, bu gün birgə zəhmətimiz nəticəsində əldə etdiyimiz epidemiyanın idarəsini risk altında qoymayaq”, – Qaxaria bildirdi.

26 yanvar tarixidnə Gürcüstanın Baş-naziri Qiorqi Qaxaria bildirib ki, əgər Tbilisidə koronavirusa yoluxma hallarının göstəricisi yaxın bir həftə ərzində 4%-ə enərsə, hökumət bələdiyyə nəqliyyatının hərəkətini bərpa edəcək və iqtisadiyyatın açılması barədə söhbətlərə başlayacaq.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google