Ərdoğan: “Türkiyə və Gürcüstanın birgə səyləri bölgədə sabitliyə böyük töhfə verəcək”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrakli Qaribaşvilini Gürcüstanın baş naziri təyin olunması münasibətilə təbrik edib.

Bu barədə Gürcüstanın hökumət Administrasiyasından bildirilib.

R.T.Ərdoğan təbrik məktubunda Gürcüstanla strateji tərəfdaşlığın inkişaf etdirilməsinin önəmini vurğulayıb: “Əminəm ki, Türkiyə və Gürcüstan arasında strateji tərəfdaşlıq və nümunəvi mehriban qonşuluq münasibətləri bütün sahələrdə davam və inkişaf etdiriləcək. Şübhə etmirəm ki, birgə səylərimiz bölgədə sülh, sabitlik və hərətərəfli əməkdaşlığa əhəmiyyətli töhfə verəcək”.

Prezident Türkiyənin Gürcüstanın siyasi sabitliyi və ərazi bütövlüyünə böyük əhəmiyyət verdiyini də qeyd edib.

Dövlət başçısı Gürcüstanın hökumət başçısına cansağlığı, xoşbəxtlik, dost gürcü xalqına isə firavanlıq diləyib.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google