Gürcüstanda koronavirusa yoluxanların sayı 270 mini ötüb
Gürcüstanda son sutkada koronavirusa 337 yeni yoluxma faktı
təsdiqlənib, 320 nəfər sağalıb, 10 pasiyent isə vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında
bildirilib.
Hazırkı dövrədək ölkədə COVID-19 infeksiyası 270 137 nəfərdə
aşkarlanıb ki, onların da 264 047-si sağalıb, 3 485-i isə dünyasını
dəyişib.
Qeyd edək ki, bu gün Gürcüstanda koronavirusa ilk yoluxma halının
qeydə alınmasından bir il ötür.