Azərbaycanın Gürcüstandakı səfirliyi və Heydər Əlitev Fondunun
birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə
bağlı məlumatlandırma kampaniyası keçirirlir.
Səfirlik binasının yaxınlığında yerləşdirilən led monitorda faciəni
əks etdirən foto və video mateiallar nümayiş etdirilir.
Səfirlik əməkdaşları, Gürcüstanın azərbaycanlı icmasının üzvləri,
iş adamları və ictimaiyyət nümayəndələri Xocalının günahsız
qurbanlarının xatirəsini anmaq üçün guşəyə baş çəkirlər. Anım
mərasiminin iştirakçıları faciə mövzusunda sərgilənən
fotoşəkillərin önünə güllər düzürlər, şam yandırırlar. Guşədə
həmçinin "Xocalıya ədalət" jurnalı, faciə barədə xarici mətbuatda
dərc edilən məqalələr də təqdim olunub.
Kampaniya çərçivəsində Gürcüstanda fəaliyyət göstərən Azərbaycan
şirkətlərinə məxsus və üzərində "Xocalıya ədalət" kampaniyasının
loqosu və Bakıdakı "Ana fəryadı" abidəsinin təsvirinin yer aldığı
plakatlar olan 3 kiçik və 5 böyük həcmli yük avtomobilləri gün
ərzində Tbilisinin insanların sıxlıq təşkil etdiyi küçə və
prospektlərində hərəkət edəcəklər.
Mənbə: report.az