Gürcüstanda müxalifət tərəfdarları ilə polis arasında qarşıdurma olub
Gürcüstan parlamentinin ətrafında vəziyyət gərginləşib.

Avtomobil yolunu bağlamağa cəhd edən piketçilər və polis arasında fiziki qarşıdurma baş verib.

İnsident zamanı 7 nəfər saxlanılıb.

Qanunverici orqanın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Deputatlar parlamentin binasına aksiyaçıların fit səsləri və “Qullar!” şüarı fonunda daxil olurlar.
________________________________________________________________________________

Gürcüstanın müxalifət liderləri və tərəfdarları ölkə parlamentinin binası ətrafında piket keçirir.

Qanunverici orqanın bütün girişlərində polis qüvvələri səfərbər olunub.

Dinc aksiyada müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın azadlığa buraxılması və növbədənkənar parlament seçkiləri tələb olunur.

Müxalifət analoji piketi martın 5-nə hökumət binasının qarşısında təyin edib.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google