Gürcüstanın ali məktəblərində 901 nəfər Azərbaycan vətəndaşı təhsil
alır.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin 2020-2021-ci
tədris ili üzrə hesabatında bildirilib.
Sənədə əsasən, onların 402-si dövlət, 499-u isə özəl
universitetlərin tələbələridir.
2019-2020-ci tədris ili ilə müqayisədə qonşu ölkənin
universitetlərində təhsil alan Azərbaycan vətəndaşlarının sayı 443
nəfər azalıb.
Hazırkı tədris ilində Azərbaycanda ali təhsil alan Gürcüstan
vətəndaşı yoxdur.
Qonşu ölkənin ali təhsil müəssisələrində hazırda 14 617 nəfər
əcnəbi təhsil alır ki, bu da illik müqayisədə 9,7 % çoxdur.
2020-ci ildə Gürcüstanın ali təhsilin doktorantura pilləsinə 2
nəfər Azərbaycan vətəndaşı qəbul olub. Məlumata görə, həmin
şəxslərin hər ikisi qadındır. İllik müqayisədə qonşu ölkədə
doktoranturada təhsil alan Azərbaycan vətəndaşlarının sayı 1 nəfər
azalıb.
Gürcüstanda hazırda doktorantura təhsili alan əcnəbilərin ümumi
sayı 32 nəfərdir ki, bu da illik müqayisədə 10 nəfər azdır.
Mənbə: report.az