Gürcüstanda illik inflyasiya 4 %-ə yaxınlaşıb
Bu ilin fevral ayında Gürcüstanda istehlak qiymətləri indeksi yanvar ayına nisbətən 101,1 %, ötən ilin fevral ayı ilə müqayisədə isə 103,6 % təşkil edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.

Sənədə əsasən, ötən ay ölkədə ərzaq və spirtsiz içkilər 1,1 %, nəqliyyat xidməti 2,5 %, restoran və mehmanxana xidməti isə 3,7 % bahalaşıb.

Son1 ildə isə ərzaq və spirtsiz içkilər 6,2 %, tütün və spirtli içkilər 8,1 %, sağlamlıq xidməti 9,8 % qiymət artımı, kommunal xidmətlər isə 21,2 % qiymət azalması nümayiş etdirib.


Mənbə: report.az


Print ელ. ფოსტა
FaceBook Twitter Google