Mamuka Mdinaradze, xüsusi brifinqdə, Avropa Şurası sədri Çarlz
Mişelin vasitəçiliyi ilə müxalifət və hakim komandanın görüşündə
növbədənkənar seçkilərdən bəhs edilmədiyini söyləyib.
"Gürcü Arzusu" fraksiyasının sədrinin sözlərinə görə, hakim qrup
erkən seçkilərə yalnız müxalifətin parlament tədqiqat
komissiyasının işinə qatılması və seçkilərdə ən azı 1% səhv sübut
etməsi halında razı olacaq.
"Dünən çox yaxşı bir görüş keçdi, müxalifət konstruktiv oldu. Onsuz
da masada hazır olan konkret məsələlər siyahısı vardı, görüşdə isə
bir neçə yeni məsələ əlavə edilib. Nəticə etibarilə bütün
mövzularda qəti mövqeyimiz var. Dünən görüşdən sonra qarşı tərəf
güya erkən seçkilərdən danışıldığını bildirərək spekulyasiya
yaratmağa çalışıblar. Əksinə, belə bir söhbət yoxdur. Bizim hazırki
və gələcəkdəki yeganə qəti mövqeyimiz budur ki, yalnız bir halda
erkən seçkilər ola bilər, o da əgər müxalifət komissiyanın işinə
qatılarsa və seçkilərdə ən azından 1%-lik səhv olduğunu sübut
edərsə. Əks halda heç bir erkən seçki olmayacaq. Gürcüstan
cəmiyyətini əmin etmək istəyirəm ki, bu məsələ əksinə kənara
atılıb",- deyə Mamuka Mdinaradze bildirib.
Xatırladaq ki, Gürcüstanda səfərdə olan Avropa İttifaqının sədri
Çarlz Mişel martın 1-də prezident, baş nazir, parlament sədri və
müxalifətlə görüşlər keçirib. Daha sonra Çarlz Mişelin təşəbbüsü
ilə hökumət və müxalifət Orbeliani iqamətgahında görüşüb. Müxalifət
liderlərinin sözlərinə görə, erkən parlament seçkiləri də
danışıqların mövzularına daxildir.
Mənbə: report.ge