Növbədənkənar seçkilər müzakirə olunmur - Mdinaradze
Mamuka Mdinaradze, xüsusi brifinqdə, Avropa Şurası sədri Çarlz Mişelin vasitəçiliyi ilə müxalifət və hakim komandanın görüşündə növbədənkənar seçkilərdən bəhs edilmədiyini söyləyib.

"Gürcü Arzusu" fraksiyasının sədrinin sözlərinə görə, hakim qrup erkən seçkilərə yalnız müxalifətin parlament tədqiqat komissiyasının işinə qatılması və seçkilərdə ən azı 1% səhv sübut etməsi halında razı olacaq.

"Dünən çox yaxşı bir görüş keçdi, müxalifət konstruktiv oldu. Onsuz da masada hazır olan konkret məsələlər siyahısı vardı, görüşdə isə bir neçə yeni məsələ əlavə edilib. Nəticə etibarilə bütün mövzularda qəti mövqeyimiz var. Dünən görüşdən sonra qarşı tərəf güya erkən seçkilərdən danışıldığını bildirərək spekulyasiya yaratmağa çalışıblar. Əksinə, belə bir söhbət yoxdur. Bizim hazırki və gələcəkdəki yeganə qəti mövqeyimiz budur ki, yalnız bir halda erkən seçkilər ola bilər, o da əgər müxalifət komissiyanın işinə qatılarsa və seçkilərdə ən azından 1%-lik səhv olduğunu sübut edərsə. Əks halda heç bir erkən seçki olmayacaq. Gürcüstan cəmiyyətini əmin etmək istəyirəm ki, bu məsələ əksinə kənara atılıb",
- deyə Mamuka Mdinaradze bildirib.

Xatırladaq ki, Gürcüstanda səfərdə olan Avropa İttifaqının sədri Çarlz Mişel martın 1-də prezident, baş nazir, parlament sədri və müxalifətlə görüşlər keçirib. Daha sonra Çarlz Mişelin təşəbbüsü ilə hökumət və müxalifət Orbeliani iqamətgahında görüşüb. Müxalifət liderlərinin sözlərinə görə, erkən parlament seçkiləri də danışıqların mövzularına daxildir.

Mənbə: report.ge
Print