Tbilisidə müxalifətin piketi başa çatıb, 7 nəfər saxlanılıb
Tbilisidə müxalifətçilər və onların tərəfdarlarının Gürcüstan parlamentinin ətrafında təşkil etdikləri piket yekunlaşıb.

Aksiya zamanı baş verən fiziki qarşıdurmalarda 7 nəfər saxlanılıb.

Piketin əsas tələbləri siyasi məhbusların azadlığa buraxılması, növbədənkənar seçkilər və Mərkəzi Seçki Komissiyanın rəhbərliyinin dəyişdirilməsi olub.

Müxalifət növbəti piketi martın 5-də hökumət binasının qarşısında keçirəcəyini elan edib.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google