“Növbədənkənar parlament seçkiləri ilə bağlı prinsipial
mövqeyimiz dəyişməz olaraq qalır. Bu, “qırmızı xət”dir. Bu məsələ
müzakirə olunmayacaq”.
Bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili müxalifətin
tələblərini jurnalistlərə şərh edərkən deyib.
Hökumət başçısının sözlərinə görə, erkən seçkilərin tələbi üçün heç
bir qanuni əsas mövcud deyil.
O bildirib ki, ötən gün keçirilən görüş müxalifətin konstruktiv
hissəsi ilə aparılan danışıqların davam etdiriləcəyi və uğurla başa
çatdırılacağı ilə bağlı nikbinliyə əsas verir.
Müxalifətin Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın
azad edilməsi ilə bağlı tələbinə gəlincə, İ.Qaribaşvili
hüquq-mühafizə orqanlarının fəaliyyətinə müdaxilənin mümkün
olmadığını qeyd edib.
Baş nazir vurğulayıb ki, seçki islahatlarının aparılması üçün
konkret addımların atılmasına başlanılıb.
Mənbə: report.az