Peyvəndsiz yoluxma riski çox daha yüksəkdir - Zurabişvili
"Gürcüstan Prezidenti Salome Zurabişvili, Parlamentdəki çıxışı zamanı peyvəndin əhəmiyyətindən danışıb. Zurabişvilinin dediyinə görə, bütün peyvəndlərdə bəzi təzahürlər mövcuddur, lakin peyvəndsiz yoluxma riski çox daha yüksəkdir. Bundan əlavə, prezident, ölkədəki birliyin pandemiya ilə mübarizədə çox vacib olduğunu söyləyib, çünki "indi üstünlük qazanmağa çalışmağın vaxtı deyil, bunun öhdəsindən ya birlikdə gələcəyik, ya da heç birimiz gələ bilməyəcəyik".

"Gürcüstanın səhiyyəsi, dünya səhiyyəsi kimi, misli görünməmiş bir çətinliklə qarşılaşır, bu problemin səbəbi isə pandemiyadır. Kimsə bu böyüklükdəki bir fəlakətin təkbaşına həll ediləcəyini və ya hər hansı bir siyasi qüvvənin başqasının məğlubiyyəti ilə qalib gələcəyini düşünürsə, deməli bu vəziyyətdən heç nə anlamadığımız və milli məsuliyyət hissimizin olmadığı anlamına gəlir. Anlamalıyıq ki, indi üstünlük qazanmağın vaxtı deyil, bunun öhdəsindən ya birlikdə gələcəyik, ya da heç birimiz gələ bilməyəcəyik.

Hamımız bilirik ki, çox nadir mənfi hallar bütün peyvəndlərdə müşayiət olunur, lakin peyvənd edilmədikdə yoluxma riski çox daha yüksək olur. Anlamalıyıq ki, xəstəlik üzərində vaxtında qələbə qazanmaq heç bir hökumətin və ya partiyanın qələbəsi hesab oluna bilməz və olmayacaqdır. Bu, cəmiyyətin həmrəy və məsuliyyətli bir yanaşma ilə əldə edə biləcəyi bir qələbə olmalıdır", -
deyə Zurabişvili bildirib.

Prezident, ayrıca ölkədə qüvvədə olan qaydaların hamının riayət etməli olduğundan və bu mövzuda hər kəsə eyni münasibətin bəsləndiyindən danışıb. Prezidentin sözlərinə görə, qaydaların tətbiqi məsələsində hökümətdən başqa ayrıca fərdlərin məsuliyyəti də vacibdir:

"Birliyə doğru atılan ilk addımın, mövcud qaydaları hamıya eyni şəkildə şamil etmək olduğunu düşünürəm. Hər yerdə - futbol stadionunda, Novruz bayramında və ya kilsədə, mərasimlərdə, hətta Poznerin məsələsində, vətəndaşlarımızın çoxdan təxirə salınmış toylarında, ad günlərində, etiraz aksiyalarında və ya digər toplantılarda. Bu, yalnız hökumətin məsuliyyəti deyil, cəmiyyətimizin taleyi hər bir vətəndaşın şüurlu olmasına, maska taxmasına, vaxtında peyvəndləməyə bağlıdır",- deyə Zurabişvili əlavə edib.

Bu gün, aprelin 9-u, Salome Zurabişvili parlamentin fövqəladə iclasında illik hesabatı təqdim edəcək.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google