Marneulidə gənc kişinin qətlə yetiriblər
24 may tarixində, gecə saatlarında, Marneulidə gənc kişi qətlə yetirilib.

23 yaşlı kişini Bakı küçəsində qonşusu öldürüb.

Dünyasını dəyişən şəxsin qonşuları mübahisəyə nəyin səbəb olduğu barədə “Marneuli” radiosuna müsahibə vermədilər.

“Kiminsə ad günü idi, süfrə açılmışdı və hər ikisi orada idi. İkisi də içkili vəziyyətdə idi. Sonra kənara çəkiliblər və bıçaqla xəsraət yetirilib”,
- qonşu bildirdi.

Onun sözlərinə görə, dünyasını dəyişən şəxs boğaz nahiyəsindən xəsarət alıbmış.

Qətldən bir az sonra mərhumun yaxınları 23 yaşlı oğlana ölümcül xəsarət yetirmiş şəxsin evini yandırmağa cəhd göstəriblər.

Bu gün, 25 may tarixində qonşusuna ölümcül xəsarət yetirmiş şəxsin yaşadığı evə bir neçə polis briqadası səfərbər edilib.

Daxili İşlər Nazirliyinin bu gün yayımladığı məlumata görə, qətldə ittiham olunan şəxs hadisədən qısa müddət sonra saxlanılıb.

“Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları isti izlərlə aparılan operativ istintaq tədbirləri nəticəsində 1990-cı il təvəllüdlü, keçmişdə məhkumluq həyatı yaşamış A.M.-nı qəsdən adam öldürmə ittihamı ilə saxlayıb.

İstintaq nəticəsində aydın olub ki, sərxoş vəziyyətdə olan müttəhim Marneuli şəhərində mübahisə zamanı qonşuluqda yaşayan yaxını, 1998-ci il təvəllüdlü R.Q.-ya soyuq silahla xəsarət yetirib və hadisə yerindən qaçıb. Yaralanmış kişi yerindəcə dünyasını dəyişib”,
– DİN bildirir.

Faktla bağlı Cianyət Məcəlləsinin 180-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 7 ildən 15 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.


Print ელ. ფოსტა
FaceBook Twitter Google