Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Marneuli “Geo Hospitals” klinikasında üç uşaq dünyaya gəlib
Bu gün, 1 iyun tarixində Marneulidəki “Geo Hospitals” klinikasının Doğum Evi və Ambulatoriya Tibb Mərkəzində yeni doğulmuş körpələri Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbik ediblər.

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə klinikada 3 uşaq dünyaya gəlib. Tibb mərkəzinin yeni doğulmuş körpələrin Reanimasiya və İntensiv Qulluq Departamentinin rəhbəri Marina Tarumaşvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bu günə olan məlumata görə, klinikada 19 pasiyent var.

“Bu gün bizim şöbədə 12 pasiyent var, hamısına özünə qulluq vasitələrindən ibarət hədiyyə çantası veriləcək. Doğum şöbəsində isə 7 körpə var və onlardan üçü bu gün dünyaya gəlib, ikisi oğlan biri qızdır. Onlara da hədiyyə çantası veriləcək. Bir daha bu gün münasibəti ilə təbrik edirəm”, – Marina Tarumaşvili bildirdi.

Lali Dzindzibadzenin birinci uşağı Uşaqların Beynəlxalq Müdafiəsi Günündə dünyaya gəlib.

“Mən və Saba bütün körpələri Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Ninooba bayramı münasibəti ilə təbrik edirik. “Geo Hospitals” klinikasına minnətdarlığımı bildirirəm. Qərar verdim ki, uşağımı burada dünyaya gətirim və sevinirəm ki, körpəm belə əlamətdar gündə doğuldu”, – Lali Dzindzibadze bildirdi.

“Geo Hospitals”-ın Doğum Evi və Ambulatoriya Tibb Mərkəzi Marneulidə artıq on ildir ki, fəaliyyət göstərir. Tibb mərkəzinin direktoru Nino Koberidze bildirdi ki, yeni doğulmuşlar reanimasiya bölməsi 18 uşaq üçün nəzərdə tutulub.


“Bizim üçün yerli əhalinin klinikamıza göstərdiyi etimadı çox mühümdür. Biz yalnız Uşaqların Beynəlxalq Müdafiəsi Günü deyil, gündəlik qayğı göstəririk ki, klinikaya gələn körpələrin həyatı daha təhlükəsiz, xoşbəxt olsun və ən əsası sağlam olsunar”, – Nino Koberidze bildirdi.

Marneuli “Geo Hospitals” Doğum Evi və Ambulatoriya Mərkəzinin direktorunun sözlərinə görə, 2021-ci ilin 1 yanvar tarixindən bu günə qədər klinikada 295 körpə dünyaya gəlib.


Print ელ. ფოსტა
FaceBook Twitter Google