Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Marneuli “Geo Hospitals” klinikasında üç uşaq dünyaya gəlib
14:02 / 01.06.2021
Bu gün, 1 iyun tarixində Marneulidəki “Geo Hospitals” klinikasının
Doğum Evi və Ambulatoriya Tibb Mərkəzində yeni doğulmuş körpələri
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbik ediblər.
Uşaqların Beynəlxalq Müdafiəsi Günündə klinikada 3 uşaq dünyaya
gəlib. Tibb mərkəzinin yeni doğulmuş körpələrin Reanimasiya və
İntensiv Qulluq Departamentinin rəhbəri Marina Tarumaşvili
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bu günə olan
məlumata görə, klinikada 19 pasiyent var.
“Bu gün bizim şöbədə 12 pasiyent var, hamısına özünə
qulluq vasitələrindən ibarət hədiyyə çantası veriləcək. Doğum
şöbəsində isə 7 körpə var və onlardan üçü bu gün dünyaya gəlib,
ikisi oğlan biri qızdır. Onlara da hədiyyə çantası veriləcək. Bir
daha bu gün münasibəti ilə təbrik edirəm”, – Marina
Tarumaşvili bildirdi.
Lali Dzindzibadzenin birinci uşağı Uşaqların Beynəlxalq Müdafiəsi
Günündə dünyaya gəlib.
“Mən və Saba bütün körpələri Uşaqların Beynəlxalq
Müdafiəsi Günü və Ninooba bayramı münasibəti ilə təbrik edirik.
“Geo Hospitals” klinikasına minnətdarlığımı bildirirəm. Qərar
verdim ki, uşağımı burada dünyaya gətirim və sevinirəm ki, körpəm
belə əlamətdar gündə doğuldu”, – Lali Dzindzibadze
bildirdi.
“Geo Hospitals”-ın Doğum Evi və Ambulatoriya Tibb Mərkəzi
Marneulidə artıq on ildir ki, fəaliyyət göstərir. Tibb mərkəzinin
direktoru Nino Koberidze bildirdi ki, yeni doğulmuşlar reanimasiya
bölməsi 18 uşaq üçün nəzərdə tutulub.
“Bizim üçün yerli əhalinin klinikamıza göstərdiyi
etimadı çox mühümdür. Biz yalnız Uşaqların Beynəlxalq Müdafiəsi
Günü deyil, gündəlik qayğı göstəririk ki, klinikaya gələn
körpələrin həyatı daha təhlükəsiz, xoşbəxt olsun və ən əsası sağlam
olsunar”, – Nino Koberidze bildirdi.
Marneuli “Geo Hospitals” Doğum Evi və Ambulatoriya Mərkəzinin
direktorunun sözlərinə görə, 2021-ci ilin 1 yanvar tarixindən bu
günə qədər klinikada 295 körpə dünyaya gəlib.