Marneuli meriyası 10 kreslo/stulu 3080 lariyə alıb
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi altı kreslo və dörd stulu 3080 lariyə alıb.

Marneuli meriyası "ofis 1" MMC ilə 27 may tarixində sadələşdirilmiş müqavilə bağlayıb. Müqaviləyə əsasən şirkət meriyaya stul və kresloları 2 iyun tarixinə qədər verməlidir.

Yerli özünüidarəetmə qara rəngli tor, alüminium baza, baş söykənəcəyi olan 3 ədəd diyircəkli kreslo alıb. Digər üç kreslo isə qara rəngli örtük, xrom bazalı və diyircəkli olacaq. Meriya eləcə də konfrans üçün dörd stul alıb. Stullar qara rəngdə, parça səthli olacaq.

Marneuli meriyasına baş söykənəcəyi olan bir kreslo 536 lari 75 tetriyə başa gəlib.

Baş söykənəcəyi olmayan bir kreslo 299 lari 25 tetriyə alınıb. Ofis üçün stul isə 123 lariyə başa gəlib.

Marneuli meriyasının Maliyyə Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədov bildirdi ki, stul və kreslolar meriyanın müxtəlif xidmətləri, zalları üçün alınıb. Məmmədovun sözlərinə görə, müxtəlif xidmətlərə yeni əməkdaşlar əlavə olunub və ona görə stullar almağa ehtiyac yaranıb.

"Marneuli" Radiosu
Print