Marneuli meriyası 1 650 000 lariyə beş avtobus almağı planlaşdırır
Marneuli yerli özünüidarəsi beş avtobus almaq üçün büdcədən əlavə 350 000 lari ayırıb.

Marneuli meriyası əvvəlcə yeni avtobusları 1 300 000 lariyə almağı planlaşdırırdı. 2021-ci ilin 26 yanvar tarixində meriyanın Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədov bildirmişdi ki, yerli özünüidarə üç yeni avtobusu 1 300 000 lariyə alacaq. Ancaq Məmmədov Bələdiyyə Məclisinin 4 iyun tarixində keçirilən iclasında qeyd etdi ki, avtobusların alınması üçün əlavə pula ehtiyac var.

"Bildiyiniz kimi beş yeni avtobusun alınması üçün büdcədə 1 300 000 lari nəzərdə tutulub. Nəzərinizə çatdırım ki, dollar və avronun məzənnəsi artdığına görə, 350 000 lari əlavə etmək lazım gəlib."

Marneuli meriyası 2020-ci ildə də beş yeni avtobus almışdı və bunun üçün 1 311 000 lari xərcləmişdi.


"Marneuli" Radiosu

Print