“Sinovak” peyvəndinin birinci dozasına qeydiyyat müvəqqəti olaraq məhdudlaşdırılıb
Çin istehsalı olan “Sinovak” peyvəndi üçün qeydiyyat müvəqqəti olaraq məhdudlaşdırılıb. Qeydiyyatdan keçmək istəyənlər xüsusi portalda, booking.moh.gov.ge-də bütün qrafaları doldurduqdan sonra proqram onları qeydiyyatdan keçirmir.

“Qeydiyyat sayı limit sayından artıqdır” – peyvənd vurdurmaq üçün qeydiyyatdan keçmək istəyənlər bu yazı ilə qarşılaşır.

Covid-19 peyvəndinə qeydiyyat üçün nəzərdə tutulmuş qaynar xətdən – 15 22-dən “Marneuli” radiosuna bildiridlər ki, “Sinovak” vaksininin birinci dozası üçün qeydiyyat müvəqqəti olaraq dayandırılıb. İndiki mərhələdə sistemdə yalnız ikinci doza üçün qeydiyyatdan keçmək mümkündür. Operatorun sözlərinə görə, qeydiyyat hər zaman yenilənə bilər. Belə ki, peyvənd vurdurmaq istəyənlər veb-səhifənin fəaliyyətini yoxlamalıdır.

Qeyd edək ki, Gürcüstan “Sinopharm” peyvəndinin yeni dozasını iyun ayından, “Pfizer”-in dozasını isə avqustdan qəbul edəcək.

"Marneuli" Radiosu
Print