Marneuli bələdiyyəsində 6 kənddə aparılmış araşdrımaya görə,
əhalini ən çox içməli su problemi narahat edir.
“Yeni Düşüncə İnstitutu” 12 may tarixindən 20 may
tarixinə qədər 7 kənddə sorğu keçirib. Sorğu kəndlərin ehtiyacları
və kovid pandemiyasına görə yaranmış problemlərlə bağlıdır. Sorğuda
iştirak etmiş 1068 nəfərin əksəriyyəti içməli su və suvarma suyu
problemini qeyd edib.
1. Xuldərə İcma Mərkəzi - içməli su problemi
2. Mollaoğlu İcma Mərkəzi – suvarma suyu problemi
3. Algeti İcma Mərkəzi - yol problemi
4. Ağməmmədli İcma Mərkəzi – zibil problemi
5. Qaımlı İcma Mərkəzi – suvarma suyu problemi
6. Aşağı Saral İcma Mərkəzi – içməli su problemi
7. Nəzərli İcma Mərkəzi (Qardabani) - içməli su
problemi
Yeni Düşüncə İnstitutu icma mərkəzləri ilə birlikdə regional layihə
həyata keçirir. Layihə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin
(USAİD) maliyyə dəstəyi və Şərq-Qərb İdarəçilik İnstitutunun (EWMI)
ACCESS layihəsinin dəstəyi ilə həyata keçirilir.
“Marneuli” radiosu maraqlandı ki, kəndin
timsalında, bələdiyyədə nə düşünürlər, hansı planları var və
problemlərin həllini planlaşdırırlar yoxsayox. Marneuli merinin
səlahiyyətlərini icra edən Zaur Tabatadze ilə müsahibə yazdıq.
Tabatadze problemlərin həll olunacağı vaxtı dəqiq qeyd etmir. Ancaq
etiraf edir ki, bələdiyyə həqiqətən bu kimi problemlərin qarşısında
durur və problemlər üzərində işləməyə başlayıblar.
- Cənab Zaur, Marneulinin altı kəndində aparılmış araşdırmaya
əssasən iki yerdə, Xuldərə və Aşağı Saralda əhali əsas problem
olaraq içməli suyu qeyd edib. Problemlərin həlli planlaşdırılırmı
və nə zaman?
“İndi təəcübləndim, çünki demək olar Marneuli
bələdiyyəsində içməli su problemi 85% həll olunub. Beş ildir ki, bu
istiqamətdə işləyirik və bu il daha beş ya altı layihə həyata
keçirilir. Mən Xuldərə və Aşağı Saralı da nəzərə alacam, çünki
əhalidən nə də kənd müvəkkilindən heç bir ərizə gəlməyib. Ancaq
nəzərə alacam.
- Mollaoğlu və Qasımlı kəndində suvarma suyu problemini qeyd
ediblər. Bu istiqamətnə nisə planlaşdırılırmı?
“Mollaoğlu və Qasımlıda da indiyə kimi problem var idi.
Bildiyiniz kimi, Debet çayında HES tikilib və səhv etmirəmsə,
müqavilə əsasında 5 may tarixindən oktyabrın ortalarına qədər bizim
su təchizatının Marneuli filialı su verəcək. Bu problem mövcuddur,
intensiv olaraq işlər aparılır. Kanallar təmizlənir və hesab
etmirəm ki, bu il Marneuli bələdiyyəsində ciddi suvarma və içməli
su problemi olsun. Hər halda, Marneuli Su Təchizatı Xidmət Mərkəzi”
ilə gündəlik ünsiyyətimiz var.
- Sorğu aparılan altı kənddən, Algeti sakinləri yol problemini qeyd
edib. Problemin həlli planlaşdırılırmı?
“Algetidə, mərkəzi yolda problem yoxdur, daxili yollarda
var. Beş il ərzində biz əsas aksenti yönəltmişdik ki, bütün
kəndlərə getmək üçün yol olsun. Ancaq, biz içməli su ilə bağlı
işləri başa vurduğumuz yerlərdə yolun təmirinə başlayırıq. Bu su
təchizatı mövzusu kimi geniş miqyaslı işdir. Biz indi kəndlərdə
işləyirik. Bildiyiniz kimi Marneulidə 80-dən artıq kənd var və su
problemi kimi hamısı eyni zamanda həll olunmayacaq. Daxili yol
problemi olan bütün kəndlərdə çınqıl tökmə işlri həyata keçirməyə
çalışırıq ki, yolda hərəkət etmək mümkün olsun, palçıq olmasın.
Gizlətmirəm və deyim ki, ola bilsin hansısa döngədə və küçədə bu
problem olsun, ancaq Marneuli bələdiyyəsində problem olmasa, o
zaman burada nə gəzirəm, papağımı başıma qoyub evə gedərəm. Bizim
məqsədimiz bugünkü günün dünəndən yaxşı olmasıdır. Bu istiqamətdə
işləyirik, yol və içməli su ilə bağlı təxminən 16 milyonluq işlər
həyata keçiririk”.
- Ağməmmədli kəndində isə əsasən zibil problemini qey dediblər. Bu
baxımdan bələdiyyədə qanunsuz zibilliklərin təmizlənməsi üçün nəisə
planlaşdırılırmı?
“Bu problem yalnız Ağməmmədlidə deyil, digər kəndləri də
narahat edir. İşləyirik, bu il kommunal təsərrüfatlar üçün də iki
xüsusi maşın alırıq. Çalışacağıq maksimum dərəcədə bu istiqamətdə
gedək və işləyək. Doğru deyirsiniz, sizinlə razılaşıram ki, bu
problem həll edilməlidir. Ancaq bildiyiniz kimi adam ev tikənrə
fundamentdən başlayır və sonra yuxarı gedir. Yəni, hələ ən əsas
problemi, infrastrukturu həll edirik və paralel rejimdə bu
istiqamətdə də işləyirik”.