Bu ilin I rübündə Gürcüstanda istehsal olunmuş nominal ümumi daxili
məhsulun (ÜDM) dəyəri 11,276 milyard lari təşkil edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Məlumata görə, İllik müqayisədə ÜDM-in real artım tempi 4,5 %
azalıb, ÜDM deflyatoru isə 6,8% artıb.
Hesabat dövründə ölkədə real artım maliyyə və sığorta (24%), mədən
sənayesi (50,3%), sağlamlıq və sosial fəaliyyət (13,3%), topdan və
pərakəndə satış (3,9%), informasiya və kommunikasiya (16,8%)
sahələrində qeydə alınıb.
Qonaqlama və qidalanma xidmətləri (-54%), tikinti (-19,4%),
incəsənət, əyləncə və rekreasiya (-25,4%), daşınmaz əmlak
xidmətləri (-6,4%), nəqliyyat və anbar təsərrüfatı (-9%)
sektorlarında isə azalma müşahidə edilib.
Yanvar-martda ticarət (14,9%), daşınmaz əmlak (11,8%) və istehsal
(10,6%) sahələri ÜDM-də ən böyük paya sahib olub.
Mənbə: report.az