Xilasedicilər Şaori su anbarına düşmüş 14 yaşlı uşağın cəsədini
tapıblar.
Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqaladə Hallar İdarəetmə
Xidmətindən "AzadlıqRadiosu"-na verilən məlumata görə, Şaori su
anbarında insan cəsədi tapılıb.
"Rustavi 2" -yə görə, 14 yaşlı gənc, Saçxere məktəblərindən birinin
şagirdləri ilə Racada ekskursiyada olub.
Cəsəd Kutaisi Ekspertiza Bürosuna təhvil verilib.
Mənbə: radiotavisupleba.ge