Əhaliyə Debet çayından gələn suvarma suyu qrafiklə veriləcək
Kənd təsərrüfatı sahələrini Debet çayından gələn su ilə suvaran əhaliyə bir neçə gündür suvarma suyu verilmir.

Gürcüstan Meliorasiya Xram-Debet Xidmət Mərkəzinin rəhbəri Aleksandr Şukakidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, suvarma suyu problemi Debet çayında suyun səviyyəsinin azalmasına görə yaranıb.

“Debet çayında suyun səviyyəsi aşağı düşüb. Bu deməkdir ki, Ermənistandan gələn Debet çayı artıq, bir-iki həftə əvvəl gəldiyi səviyyədə gəlmir. Ermənistan Respublikasında əhali nasos stansiyalarını qurmağa başlayıb və bu bizdə suyun azalmasına səbəb olur. Gün ərzində ümumiyyətlə su kəsilir, çox az səviyyədə gəlir və axşam saat 5-6-dan artıq onlar nasos stansiyasını söndürürlər. Nəticədə gecə bizə su gəlir”, — Aleksandre Şukakidze bildirdi.

Şukakidzenin sözlərinə görə, Debet çayından asılı olan bütün kəndlərdə problem yaranıb. Buna görə Gürcüstan Meliorasiyası suvarma suyunu qrafiklə vermək qərarına gəlib.

“Debet çayından asılı olan kəndlər çoxdur. 10-15 ərazi vahidliyinin kəndləri Debet çayından asılıdır. Hər yerdə tənzimləmələr qrafikə əsasən aparılır, çünki suyun səviyyəsi çox aşağıdır.”

Suvarma suyu iki gün ərzində Ağməmmədli-Qasımlı istiqamətində buraxılacaq. Növbəti iki gün Araflı-Aşağı Sarala veriləcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google