Dilə görə itirilmiş hüquqlar – Dmanisililərin gürcü dilinin bilmədiklərinə görə yaşadığı problemlər
Dmanisi bələdiyyəsi sakinlərinin bir qismi dövlət dilini – gürcü dilini bilmir. Buna görə də dövlət strukturları ilə ünsiyyət qurmaqda çətinlik çəkirlər. Əhali bildirir ki, yerli özünüidarəyə heç müraciət edə bilmirlər, çünki özləri gürcü dilini bilmirlər, meriyada isə heç kim azərbaycan dilində danışmır.

Əhalinin sözlərinə baxmayaraq, Dmanisi meri Qiorqi Tatuaşvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, əhalinin dövlət qurumları ilə ünsiyyət problemi yoxdur.

Dmanisidə qeyri-gürcüdilli əhali üçün gürcü dilini öyrənmək problemdir. Bələdiyyədə ümumilikdə 27 məktəb fəaliyyət göstərir, onlardan 17-si azərbaycandilli, 9-u gürcüdilli, biri isə rusdilli məktəbdir.

Daha ətraflı:↓


Print ელ. ფოსტა
FaceBook Twitter Google