“Vestmen və Babulik” – koronavirusla bağlı mifləri təkzib etmək üçün animasiya və komikslər
İctimaiyyətdə Covid-19-la bağlı yayılmış miflərin təkzib edilməsi üçün “Vestmen və Babulik” animasiya və komiksləri hazırlanıb.

30 iyun tarixində, Marneulidə komikslər və animasiyaların təqdimatı keçirilib. Layihə çərçivəsində animasiyaların 4 seriyası və adaptasiya edilmiş komikslər versiyaları hazırlanıb.

Mülki İnteqrasiya Fondunun layihə meneceri Quranda Çavçavadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, animasiyalar və komikslər pandemiya ilə bağlı yanlış baxışların əksinə, ictimaiyyətə düzgün məlumat çatdırmaq məqsədi ilə yaradılıb.



“Facebookda “Vestmen və Babulik” adlı səhifə var. Həmin səhifədə bu animasiyaları görə bilərsiniz. “Vestmen və Babulik” indiki mərhələdə üç dildə – gürcü, azərbaycan və erməni dillərində, komiks və animasiya olaraq hazırlanıb. Gürcüstanda yaşayan etnik azlıqlar üçün də bu məlumat çox mühüm olduğu üçün materialları bu dillərdə hazırlamağa qərar verdik. Bu çox yaxşı formadır. Çünki qısa və düzgün məlumatlar, mesajlar göndərilib”, – Quranda Çavçavadze bildirdi.

“Vestmen və Babulik-covid 19” layihəsi Mülki İnteqrasiya Fondu tərəfindən Generation təşkilatı ilə tərəfdaşlıq nəticəsində “Black Trusty”-nin maliyyə dəstəyi ilə həyata keçirilir.
"Marneuli" Radiosu
Print