Baş nazir zorakılara “yaşıl işıq” yandırdı – İmamquliyev zorakılıq aksiyası barədə
“Avropalı Gürcüstan” partiyasının Marneuli Rayon Təşkilatının rəhbəri Əhməd İmamquliyev bu gün, 5 iyul tarixində homofobiya və zorakı qruplar tərəfindən Tbilisidə jurnalistlərə qarşı həyata keçirilmiş zorakılıq faktlarına münasibət bildirib.

İmamquliyevin sözlərinə görə, Gürcüstanın Baş naziri bu gün etdiyi çıxışla zorakı qruplara “yaşıl işıq” yandırıb və zorakılığa icazə verib.

“Fərqli fikirdə olan adamlar xoşumuza gəlir, biz bir-birimizə qarşı hörmətlə yanaşmaq məcburiyyətindəyik. Ancaq təəssüf ki, Gürcüstan hakimiyyəti və hökumətin rəhbəri, Baş nazir Qaribaşvili bu zorakı qrupların insanlara qarşı zorakılıq göstərmələrinə “yaşıl işıq” yandırdı. Həmin zorakı qrupların başında Gürcüstandakı pro-rus qüvvələrinin nümayəndəsi olan şəxslər dayanır.

İmamquliyevin sözlərinə görə, zorakı və pro-rus qrupları tərəfindən jurnalistlərə hücum edilməsi qəbuledilməzdir. O, bildirib ki, həmin qruplar tərəfindən açılmış çadırların dağıdılması da qəbuledilməzdir. Bu heç bir şəkildə “Tbilisi Prayd”-ın təşkil etdiyi “ləyaqət marşı” ilə əlaqədar deyil.

“Baş nazir zorakılara şərait aradır. Bu gün hakimiyyətin bütün vətəndaşların hüququnu, asayişi qorumaq üçün ciddi rolu olmalıdır. Ancaq bugünkü hakimiyyət bunu etmir. Çünki oktyabrda seçkilərə hazırlaşır və bu gün kilsə ilə birlikdə seçki kampaniyası aparır. Kilsə əhali arasında səs toplamağa çalışır və məhz buna görə, Baş nazir belə bəyanat verib”

İmamquliyev “Marneuli” radiosunun Tbilisidə “ləyaqət marşını” dəstəkləyib-dəstələməməsi ilə bağlı sualına cavab olaraq qeyd edir ki, hamının öz fikrini ifadə etmək və azadlıq hüququ olmalıdır. Azadlıq və digər hüquqları heç kim məhdudlaşdırmamalıdır.

Gürcüstanın Baş nazri İrakli Qaribaşvili bu gün bəyanat verib ki, “Tbilisi Prayd”-ın “ləyaqət marşının” arxasında Saakaşvilinin rəhbərliyi ilə müxalifət durur. Qaribaşvilinin sözlərinə görə, Gürcüstanda LGBT+ adamların hüququ pozulmur və “ləyaqət marşı” özü diskriminasiya tədbiridir. Çünki cinsi azlıqların fərqliliyinə çox diqqət yönəldilir.

Bu gün, 5 iyul tarixində səhər saatlarından Tbilisidə homofobiya və zorakılıq qruplarının nümayəndələri müxtəlif media vasitələrinin jurnalistlərinə, operatorlara hücum edib və onları döyüblər.

Jurnalistlərə qarşı zorakılıq faktı ilə bağlı DİN bəyanat yayımlayıb.

“Daxili İşlər Nazirliyi baş vermiş faktla bağlı Cinayət Məcəlləsinin 154-cü maddəsi (jurnalsitlərə peşə fəaliyyətində mane olmaq) və 126-cı (zorakılıq) maddələri ilə istintaq aparır. İctmaiyyətə məlumdur ki, bu gün, Tbilisidə, Rustaveli prospektində keçirilən aksiyadan əlavə müxtəlif vaxtlarda və müxtəlif yerlərdə, müvafiq qruplar tərəfindən bir neçə genişmiqyaslı toplantı-manifestasiya elan edilib. Həmçinin, “Tbilisi Prayd”-ın həftəliyi çərçivəsində yekun tədbirləri keçirilməsi planlaşdırılır. Yüksək ictimai maraqdan irəli gələrək bildiririk ki, “Tbilisi prayd”-ın yekun tədbirinin keçirilməsi tədbirə qoşulmuş şəxslərin təhlükəsizliyi üçün risklidir”, –
DİN bildirib.
"Marneuli" Radiosu
Print