Marneuli meriyası 11 avtomobilin təmiri və texniki xidməti üçün 25 000 lari xərcləməyi planlaşdırır
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi meriyanın balansında olan avtomobillərin təmiri və texniki xidməti üçün 25 000 lari xərcləməyi planlaşdırır.

Marneuli meriyası 6 iyul tarixində tender elan edib. Tenderə görə, qalib gələn şirkət 2021-ci ilin sonuna qədər meriyanın balansındakı 11 avtomobili təmir etməlidir.

“Avtomobillərin təmir xidməti mərhələli şəkildə, tələbə uyğun olaraq müqavilə bağlandıqdan xidmət başa çatana, 2021-ci ilin 31 dekabr tarixinə qədər, istirahət günlərini nəzərə almaqla həyata keçirilməlidir”
– meriyanın elan etdiyi tenderdə qeyd olunub.

Tender təklifinə görə, iştirak etməyə qərar verəcək şirkətin Marneulidə ən az bir xidmət mərkəzi olmalıdır.
"Marneuli" Radiosu
Print