Azərbaycandilli əhalinin mədəniyyətini tanıtmaq üçün Marneulidə “səyyar muzey” açılacaq
Etnik və dini azlıqların mədəni irsini tanıtmaq məqsədi ilə Marneulidə “səyyar muzey” açılacaq.

“Səyyar muzeyin” açılmasını “Həmrəylik muzeyi” planlaşdırır. “Həmrəylik muzeyi”-nin rəhbəri Elnur Əlisoy “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, “səyyar muzey” çərçivəsində açıq səma altında Gürcüstan Azərbaycanlılarının mədəniyyətini əks etdirən ekspozisiya qurulacaq.

“Orada ənənəvi Borçalı xalçaları, eləcə də 1918-21-ci illərdə, Sovet İttifaqının işğalına qədər olan dövrdə, parlamentdə, yaxud ona qədər təsis edilmiş toplantıda təqdim olunmuş, gürcü siyasətinə qoşulmuş azərbaycandilli siyasətçilər olacaq. Eyni zamanda onların şəkilləri və məşğul olduqları iş təqdim ediləəck. Novruz bayramı və digər ənənələr barədə ekspozisiya olacaq. İstəyirik ki, bu ekspozosiya ilə Gürcüstanın azərbaycandilli icmasının mədəniyyətini, Gürcüstanla ümumi olan tərəflərini göstərək, onun kök və fəlsəfəsindən də söhbət açaq”, — Elnur Əlisoy bildirdi.

Marneulidə “Səyyar muzey” avqust ayında açılacaq. Marneulidən sonra muzey Kvemo Kartlinin başqa bələdiyyələrinə də aparılacaq. Nəticədə Qərbi və Şərqi Gürcüstanda da təqdim olunacaq.

“Marneulidə səyyar muzey açılacaq. Əvvəl Kvemo Kartli və Tbilisi çərçivəsində bir neçə yerdə olacaq və sonra Qərbi, Şərqi Gürcüstanda turlar həyata keçirməyi planlaşdırırıq. Avqustun sonunda planlaşdıracağıq və Qori, Kutaisi, Zuqdidi, Batumi, Xulo istiqamətində gedəcəyik. Payızda Saqareco, Siğnaği, Telavi, Pankisi və s. nəzərəd tuturuq.”

“Səyyar muzey”-i nəzərdən keçirmək maraqlanan şəxslər üçün pulsuz olacaq. Ekspozisiya şəhərlərin mərkəzi hissəsinə yerləşdiriləcək və maraqlananlar istədikləri mövzuda məlumat ala biləcək.

“Səyyar muzey” layihəsi Orbeliani Gürcüstan Fondunun dəstəyi ilə, Rustavi innovasiyalar Mərkəzi tərəfindən maliyyələşdirilib. Layihənin büdcəsinin bir qismini təşkilatçılar "crowdfunding" vasitəsi ilə toplamalıdır. “Həmrəylik muzeyi” “səyyar muzey” layihəsini həyata keçirməkdə yardım etmək istəyənlər qeyd olunan link vasitəsilə pul köçürə bilərlər:: მოსიარულე მუზეუმი
"Marneuli" Radiosu
Print