Bu gün, 8 iyul tarixində, Marneuli Mülki Məşğulluq Mərkəzində yerli
özünüidarə seçkilərindən əvvəl demokratiya ilə bağlı problemlər
barədə konfrans keçirilib.
Konfransda iki əsas məsələ müzakirə olunub. Məsələlər 2021-ci ildə
seçki islahatları çərçivəsində, seçki qanunvericiliyində
dəyişikliklərə və sosial mediada olan problemlərlə bağlı idi.
Ədalətli Seçkilər və Beynəlxalq Demokratiya Cəmiyyətinin (İSFED)
hüquqşünası Qiorqi Muniava “Marneuli” radiosu ilə söhbəti zamanı
bildirdi ki, görüşün məqsədi yerli səviyyədə siyasi partiyalara,
maraqlanan şəxslərə və QHT-ə seçki məcəlləsində həyata keçirilmiş
dəyişikliklər barədə məlumat verməkdir.
“Dəyişikliklər kifayət qədər çoxdur. Müsbət, eləcə də mənfi
dəyişikliklər var. Qüvvədə olan məcəllə ilə nəzərdə tutulmuşdu ki,
siyasi siyahılar hər ikinci namizədin fərqli cinsin nümayəndəsi
olacaq şəkildə tərtib olunmalı idi. Bu region səviyyəsində çox
mühüm idi. Ancaq, yeni dəyişikliklərə görə, hər ikinci namizəd
əvəzinə üçüncü namizəd fərqli cinsin nümayəndəsi olmalıdır. Bu
demək olar ki, birmənalı şəkildə standartın pisləşdirilməsidir”,
– Qiorqi Muniava bildirdi.
Seçki Məcəlləsində edilmiş dəyişikliklərdən başqa sosial mediada
seçki kampaniyası zamanı da problemlərlə qarşılaşırıq. Ədalətli
Seçkilərin araşdırmaçısı Şota Narsia “Marneuli” radiosu ilə söhbəti
zamanı bildirdi ki, Ədalətli Seçkilər 2018-ci ildən sosial mediada
seçki kampaniyalarının aparılmasını müşahidə edir. Təşkilat siyasi
subyektlərin rəsmi səhifələrini, eləcə də anonim olaraq fəaliyyət
göstərən səhifələri də müşahidə edir.
“Biz 2021-ci ilin yerli özünüidarə seçkilərində indiyə
qədər olan tendensiyanın davam etdirilməsini görürük. Müxtəlif növ
“Facebook” səhifələri anonim olaraq müxtəlif siyasi partiyaların
nüfuzdan salınmasına, yaxud dəstək kampaniyalarına qoşulub. Eləcə
də koordinasiya edilmiş şəkildə fəaliyyət göstərmə halları da qeydə
alınır. Son dövrdə eləcə də çox sayda yeni səhifələr yaradılır.
Onlar “Facebook”-a fəal şəkildə reklamlar yerləşdirirlər.
Baxmayaraq ki, “facebook”-da siyasi reklamın yerləşdirilməsi bəyan
edilmiş şəkildə həyata keçirilməsi məcburidir, qeyd olunan
səhifələr bəyan edilməmiş şəkildə, yaxud kifayət qədər məlumat
yerləşdirilmədən təqdim ediblər. Çünki bu dəyərin mənşəyi eləcə də
seçki məsələləri ilə əlaqədar olan konkret şəxslərin, yaxud
birliklərin məqsədi məlum deyil”, – Şota Narsia
bildirdi.
“2021-ci ilin yerli özünüidarə seçkilərindən əvvəl demokratik
problemlər” konfransı “Ədalətli Seçkilər və Beynəlxalq Demokratiya
İctimaiyyətinin” təşkilatçılığı və “Demokratiya naminə Milli Töhfə”
(NED) Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.