Gürcüstan Parlamentinin sabiq deputatı, "Vahid Milli Hərəkat"
partiyasının üzvü Azər Süleymanovun gələcək Yerli özünüidarə
seçkilərində Marneuli merliyinə namizəd ola biləcəyi
gözlənilir.
Bu barədə ötən gün yerli mətbuat orqanı “Aktual.ge” paylaşım edib.
Həmçinin sosial şəbəkələrdə də Süleymanovun Marneulinin meri
vəzifəsinə namizəd olacağı ilə bağlı müzakirələr olunur.
“Marneuli” radiosu ilə söhbəti zamanı Süleymanov merliyə
namizədliyini irəli sürüb-sürməyəcəyinə açıqlama gətirdi. Onun
sözlərinə görə, hazırda mövzu ilə əlaqədar olaraq "Vahid Milli
Hərəkat" partiyasının ofisində müzakirələr aparılır.
“Merliyə namizəd ola da bilərəm, olmaya da. Bu mənim
istəyimlə olmur. Partiyanın seçimi, qərarı əsasında müəyyənlşir.
Bəlkə də partiya Aqil Mustafayevi namizəd olaraq təqdim edəcək,
bəlkə də məni. Bunu hələ ki, bilmirik.”
Süleymanov Vahid Milli Hərəkatın kimi namizəd olaraq təqdim
edəcəyinin 1 həftə sonra məlum olacağını qeyd etdi.
Gürcüstanda
yerli
özünüidarə seçkilərinin 2 oktyabr tarixində keçiriləcəyi
ehtimal olunur.