Əyləncə tədbirlərinin məhdudlaşdırılması barədə bir daha danışmalı olacağıq - Qabunia
“Yenə də əyləncə fəaliyyətinin məhdudlaşdırılması üzərində işləməli olacağıq”, - deyə Səhiyyə nazirinin müavini Tamar Qabunia "İmedi TV"-yə açıqlamasında bildirib.

"Fərdi məsuliyyət kritikdir, vətəndaşların və cəmiyyətin aktivliyi olmadan bu, ağlasığmazdır. Bilirəm yaydır, kurortlar açılıb, əyləncə tədbirləri keçirilir. İnsanlar əyləncə tədbirlərində maska taxıb məsafə qorumaq əhval-ruhiyyəsində deyillər, ancaq bu belə ola bilməz. Yenə də əyləncə fəaliyyətinin məhdudlaşdırılması üzərində işləməli olacağıq. Artıq bu barədə düşünməyə başladıq", - deyə Qabunia qeyd edib.

Mənbə: Publika
Print ელ. ფოსტა
FaceBook Twitter Google