Ulduz falı – Təhsil üçün münasib gün deyil
Qoç
Uğurlu gündür, çünki zəhmətinizin bəhrəsini görəcəksiniz. Bu
səbəbdən də həyatdan şikayətlənməyə dəyməz. Həyat eşqi yüksək
olduğundan nə intellektual, nə də fiziki işlər sizi qorxutmayacaq.
Zərərli vərdişlərinizə də qalib gələ bilərsiniz.
Buğa
Işdə səhvə yol verəcəksiniz. Verilən vədlərin hamısına inanmayın.
Müttəfiqləriniz bu gün reallıqdan uzaq olan söhbətlər edəcəklər. Bu
gün həşmişəkindən tez yorulacaqsınız. Bu üzdən bacarmayacağınız işi
boynunuza götürməyin.
Əkizlər
Maraqsız gündür. Istər işdə, istərsə də evdə əhatənizdəkilərdən nə
dərəcədə narazı qalsanız da, ciddi konfliktlər baş verməyəcək.
Təhsil üçün münasib gün deyil. Bu gün sükan arxasında səyahətə
çıxmayın. Yolda xoşagəlməz hadisənin baş verəcəyi ehtimalı
böyükdür.
Xərçəng
Yaşlı nəslin nümaynədəsi ilə aranızda mübahisə yaşanacaq. Çünki siz
istənilən məsləhət və tövsiyəni işlərinizə müdaxilə və
azadlığınızın əlinizdən alınması kimi qəbul edirsiniz. Öz
mövqeyinizi qoruyarkən kəskin ifadələr işlətməyin.
Şir
Günün birinci yarısında həyəcanlanmağa səbəbiniz olacaq. Işdə xırda
anlaşılmazlıq, həyəcanverici xəbər, yaxınlarla aranızda fikir
ayrılığı – bunların hamısı günün birinci yarısında baş verəcək.
Yaxın keçmişdə sizi dəyərləndirməyən şəxs bu gün səhvini etiraf
edəcək.
Qız
Çətin tapşırıqlara diqqət yetirin. Çünki bu tip işlər sizin üçün bu
gün daha cəlbedici və faydalı olacaq. Yeni təcrübə əldə
edəcəksiniz. Ətrafdakıların sizin barənizdə nə düşünməsinə elə də
əhəmiyyət verməyin. Şəxsi xarakterli məsələri həll edərkən isə
maraqlı olan tərəflərin fikirlərini də nəzərə alın.
Tərəzi
Günün ikinci yarısından sonra çətinlikləriniz olacaq. Çətinliklər
diqqətinizi yayındıracaq. Bu üzdən də həmişəkindən çox səhvə yol
verəcəksiniz. Yaxşı olar ki, bu zaman kəsiyində hesablama işlərilə
məşğul olmayasınız.
Əqrəb
Çətinliklər olacaq, amma siz bundan qorxmayacaqsınız. Bir balaca
səy göstərsəniz, yaranmış situasiyanın elə də naümid olmadığını
görərsiniz. Maraqlı tanışlıq gözlənilir. Münasibətlər məsələsində
tez qərar çıxarmağa tələsməyin.
Oxatan
Ehtiyatlı olun. Xüsusilə gələn təkliflərə gözübağlı cavab verməyin.
Bu gün alış-veriş etməyiniz də məsləhət deyil. Yaxınlarla
aranızdakı münasibətə gəlincə, burada vəziyyət sabit olacaq. Bu gün
sizə “danışılacaq nağıllara” aldanmayın.
Oğlaq
Çox maraqlı gündür və siz də enerjili, yaradıcı olacaqsınız.
Təəssüf ki, siz ehtiyatı əldən verirsiniz və nəticədə münasib
olmayan əlaqələr qurursunuz. Təcrübəli adamların məsləhətini
dinləməklə özünüzü qoruya bilərsiniz. Romantik əhval-ruhiyyədəsiniz
deyə, qarşı tərəfin ailəli olub-olmadığına belə göz yumacaqsınız.
Bu da ötəri sevgidən başqa bir şey deyil.
Dolça
Çətinliklər olacaq, amma siz ağılla hərəkət etməyi bacarırsınız,
təşvişə düşmürsünüz. Həmkarlarla aranızda mübahisə düşəcəyi
gözlənilir. Yaxınlarla da münasibətiniz korlanacaq. Çünki qarşı
tərəf sizdən ailə məsələlərinə daha ciddi yanaşmağı gözləyir.
Balıqlar
Sakit gündür. Adi gündəlik işlərlə məşğul olacaqsınız. Işdə
rəhbərliklə aranızda xırda anlaşılmazlıq baş verəcək. Şəxsi
müstəvidə baş verənlərə gəlincə, təmkinli olmaq və özünü idarə
etməyi bacarmaq ən yaxşı üsuldur.