Gürcüstanda bəzi qaydalar yenidən sərtləşdirilir
Gürcüstanda treninq, konfrans və seminarlarda iştiraka öncədən aparılan PCR testin mənfi nəticəsini təsdiqləyən arayışı təqdim edən şəxslər buraxılacaqlar.

Bu, Gürcüstan hökumətinin izolyasiya və karantin qaydalarına edilən düzəlişlərdə əks olunub.

Sənədə əsasən, yaşı 18-dək olan yeniyetmələr üçün idman turnirləri və məşqlərin keçirilməsinə icazə yalnız bütün iştirakçıların qeyd olunan arayışı əsasında icazə veriləcək.

Təşkilati formasından və yerindən asılı olmayaraq düşərgə tipli toplantılar qadağan edilib.

Düzəlişlər iyulun 19-da qüvvəyə minəcək.

Mənbə: report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google