Gürcüstanda koronavirusa 1 653 yeni yoluxma qeydə alınıb
Gürcüstanda son sutkada koronavirusa 1 653 yeni yoluxma faktı qeydə alınıb, 466 nəfər müalicə olunaraq sağalıb, 13 pasiyent vəfat edib.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrədək ölkədə COVID-19-a 384 387 nəfərin yoluxduğu müəyyən edilib, onların 362 957-si sağalıb, 5 516-sı ölüb.

Aktiv xəstə sayı 15 888 nəfərdir.


Print ელ. ფოსტა
FaceBook Twitter Google